İn xalqı necə yarandı

Nağıllar. İn xalqı necə yarandı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Əfsanəyə görə, Yusunun iki qızı vardı, böyük qızının adı Szyandi, kiçik qızının adı isə Szyanszı idi. Bacılar olduqca gözəliydilər. Onlar doqquzqatlı yaşma qalasında yaşayırdılar. Onlar hər dəfə yeməyə oturanda, yanlarındakı adamlar təbili döyəcləyir və musiqi alətlərini dilləndirirdilər. Günlərin bir günü səma hökmdarı qaranquşu onların yanına göndərdi. Qaranquş onların başının üstündə qanad çalır, dövrə vurur və qışqırırdı: “i-i-i”. Quş bacıların xoşuna gəldi, onlar quşu tutub nefrit mücrüyə saldılar. Bir müddətdən sonra mücrünü açdılar, baxıb gördülər ki, qaranquşun izi-tozu da yoxdu. Qaranquş şimala uçmuşdu və bir daha geri qayıtmadı. Mücrüdə isə iki yumurta qalmışdı. Bacılar qüssəyə batdılar və oxumağa başladılar: “Qaranquş, qaranquş uçub getdi! Qaranquş, qaranquş uçub getdi!” Əfsanəyə görə, onların oxuduqları mahnı ən erkən şimal mahnısıydı.

Qaranquşun yumurtasını Szyandi uddu. Sonradan o, uşağa qaldı və in xalqının banisi Seni doğdu.