İnanmır (Aşıq Bəsti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İnanmır (Aşıq Bəsti) Müəllif: Aşıq Bəsti |
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14. |
Bir qəmli bülbüləm,
Güllər inanmır.
Məcnunsuz Leyliyəm,
Çöllər inanmır.
Göz yaşım sel olur,
Göllər inanmır.
Bir qərib yolçuyam,
Yollar inanmır.
Deyirəm həsrətəm,
Qollar inanmır.
Sözüm dastan olub,
Tellər inanmır.
Aşıq Bəsti mənəm,
Ellər inanmır.
Sinnim doxsan olub,
İllər inanmır.