İncinir

İncinir
Müəllif: Ərzurumlu Əmrah
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Bir nazənin mənə gəl-gəl eylədi,
Varmasam incinir, varsam incinir.
Bəyaz gərdənindən, incə belindən
Sarmasam incinir, sarsam incinir.

Qaşına çəkilmiş qüdrət qələmi,
Görməmiş dünyada dərdü ələmi.
Hər səhər, hər axşam verir salamı,
Almasam incinir, alsam incinir.

Yenə görünürlər yarın elləri,
Başımızda əsən sevda yelləri.
Yann baxçasında qönçə gülləri,
Dərməsəm incinir, dərsəm incinir.

Nəradən nərayə sevmişəm yan,
Atəşi qoymayır, yandınr məni.
Aşıq Əmrah sevər belə bir canı,
Sevməsəm incinir, sevsəm incinir.