İncizablarım
Müəllif: Əli bəy Hüseynzadə
Mənbə: Turan, Azər (2008). Əli bəy Hüseynzadə (az). Moskva: SALAM press. ISBN 978-5-7164-0582-0.

Vəhy ilə səmadan enmədir Quran.
Quranla pestidən yüksəlir insan.
Məhəmmədin ruhu pür məalidir
Meraca məzhərdir o ruhi-zişan.

Nicatı sidqdə ara, sadiq ol;
Adil ol, batildən haqqı fariq ol,
Alnında iffətin nuru parlasın,
Rızayı Heydərə talib, aşiq ol.

Qadınlığa şərəf vermişdir Zəhra,
O nuri-dideyi Həbibi-Xuda.
Etmişdir analıq vəzifəsini
Xaneyi-Heydərdə bihəqqin ifa.