İndi (Aşıq Əli Şairov)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İndi
Müəllif: Aşıq Əli Şairov

Öz-özünə yenə aşığam demə,
Əl atıb dəstindən tutaram indi.
Adını dastanda əzbər eyləmə,
Qolların gərdəndə çataram indi.

Girrəm meydana mərdi-mərdana,
Salaram könlünü xofu gümana.
Naləni çatdırram o, Əl Osmana,
Hirsdə Rüstəm Zaldan betərəm indi.

Qəvvas gərək girə dərin dəryaya,
Döndərrəm gününü ahınan-vaya.
Baş əymərəm sənin kimi gədaya,
Əliyəm, halını qataram indi.

Mənbə redaktə