İndi (Aşıq Hüseyn Bozalqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İndi
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Müxənnət zamana, beymürvətə fələk.
Qoymadı mətləbim, bir aləm indi,
Gözüm açdım qərinələr dolandım,
Görünür gözümə bir aləm indi.

Kamil bağban bağçasını suvara,
Plan çəkə, kanal vura, su vura,
Bir şah gördüm səməndinə suvara,
Tutmuşdu dəstində bir aləm indi.

Hüseynəm, əlimdən uçdu tərlanım,
Qırdı şikar bəndi, qaçdı tərlanım,
Uca dağ başını aşdı tərlanım.
Getdi qürbət eldə yad ələ mindi.