İndi (Qayıqçı Qul Mustafa)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İndi (Qayıqçı Qul Mustafa)
Müəllif: Qayıqçı Qul Mustafa
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Əger sorarsan halımdan,
Bir cansız ölüyəm indi.
Aldadıb könlüm alandan
Divanə, deliyem indi.

Gecəler girer duşuma,
Başım erişməz yaşıma.
Buyruq deyilem başıma
Bir beyin quluyam indi.

Mən çəkdiyim kimlər çeker,
Gözlərim qanlı yaş töker.
Bulanıq-bulanıq axan
Dağlann seiiyem indi.

Men yare netdim, neylədim?
Eşqin deryasın boyladım.
Üzümü turab eyledim
Keçənin yoluyam indi.

Qul Mustafa aydın coşdum,
Eşqin dəryasına düşdüm.
Çox şükür yarə buluşdum
Aləmdə uluyam indi.