İngilis (Əhməd Cavad)
İngilis (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Damağında Çanaqqala ağısı,
Sənm isən türk ellərinin yağısı?
İslam dünyasının ölüm çalğısı,
Ölüm ninnisiylə yaxan ingilis!
Sarıb Hindistanın cansız qolunu,
Gəldin bağlamaya “Turan” yolunu.
Aldadıb hər yerdə Tanrı qulunu,
İnsanları ucuz satan ingilis.
Bax, yenə qarşında köksümü açdım,
Bakı dağlarına al bayraq sancdım.
Sən meydan oxudun, gəldim, ulaşdım,
Mərd deyil meydandan qaçan ingilis!
Sən bağla hər yolu, süngüm tez açar,
Üç ayda gələnlər, üç gündə qaçar.
Zənn etmə, qurşunum havaya uçar,
Türkdür, bu qurşunu atan, ingilis!
О xain gözünü dikdiyin ellər,
Bənim nişanlımdır, türkülər söylər...
Göz dikmə təxtimə, bax, əlim titrər,
Düşəcək təxtinə talan, ingilis!