İnqilab sükançısı
İnqilab sükançısı (XX əsr) Müəllif: Mirfəttah Məhəmmədov |
Rahət ol, ölməz olmuş amalın,
Yaşadıqca cahan, yaşar kamın.
***
Əlli dörd ildə çəkdiyin zəhmət,
Etmiş işçiləri bu gün rahət,
Eyləyir namına hamı hörmət,
Rahət ol, ölməz olmuş amalın
Yaşadıqca cahan, yaşar namın.
***
Ölmüsənsə, vəziyyətin ölməz,
Füqərayə məhəbbətin ölməz.
Çəkdiyin bunca zəhmətin ölməz.
Rahət ol, ölməz olmuş amalın,
Yaşadıqca cahan, yaşar kamın.
***
Bir gəmi idi vaxtilə cahan
Sən idin onda şanlı bir kapitan
Eylədin ən çətin yolu asan
Rahət ol, ölməz olmuş amalın,
Yaşadıqca cahan, yaşar kamın.