İnsan (Xəstə Qasım)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İnsan Müəllif: Xəstə Qasım |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Yaxşı fikir elə, qafil dolanma,
Qəlbini şeytandan yad elə, insan!
Halal yaşa, bir kimsədən utanma,
Yıxma könülləri, şad elə, insan!
Dünya dediyin bir fanidir, fani,
Əzəl Nuh gəlmişdi, görünmür, hanı?
Yola saldm İskəndər tək xaqanı,
Bizə də əsəcək bad elə, insan!
Xəstə Qasım, düşünməyin bihuşdu,
Bənadam dediyin yuvasız quşdu.
Səxasız dövlətin axırı puçdu,
Ye malm, dəhanda dad elə, insan!