İnsan (tapmaca)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Tapmacalar İnsan haqqında Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Tapmacalar. Bakı,2004 |
<poem>
- Ağırlığın yer götürər,
Ruzisin Allah yetirər. (Yeni doğulmuş körpə).
- Ala qapı, zəncir sapı,
Beş budağı, bir yarpağı. (Əl).
- Alaca mənzər,
Dünyanı gəzər. (Göz).
- Altı inci, mirvari,
Üstü inci, mirvari, Arasında bir yarpaq. (Dil).
- Altı mərmər,
Üstü mərmər, İçində bir Bülbül oynar. (Dil).
- Altı çəpər,
Üstü çəpər, İçində qara quş səkər. (Qara göz).
- Babam məndən nar istər,
Yoxu bilməz, var istər, Sancılmamış qələmdən Dəriməmiş bar istər. (Övlad).
- Balaca baqqal,
Nə versən udar. (Ağız).
- Bel sapı, balta sapı,
Bir budaq, beş yarpağı. (Əl).
- Bir dərədə bir parça ət
(Dil).
- Bir donum var, tikişi yox.
(İnsan dərisi).
- Bir kaham var, qıraqları sədəfli.
(Ağızda dişlər).
- Bir kişi dağdan ilxı tökər.
(Baş tükünün qırxılması).
- Bir körpü altda iki yol.
(Burun).
- Biz biz idik, otuz iki qız idik —
Büzüldük, bir taxçaya düzüldük. (Dişlər).
- Cərgə-cərgə söyüdlər,
Beli bağlı igidlər. (Diş).
- Göydən düşdü, yapışdı.
(Ad).
- Gəl! gəl! deyərəm — gəlməz,
Gəlmə! gəlmə! deyərəm — gələr. (Dodaqlar).
- Qırmızı divar üstə ağ fərələr düzülüb.
(Damaq və diş).
- Mən baxaram o qaçar.
(Qulaq).
- Mən gedərəm, o da gedər.
(Kölgə).
- Mən gedərəm, o qalar.
(Ayaq izi).
- Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti. (Ağıl).
<poem>