İnsan necə sevə bilər can verən Yaradanı?
İnsan necə sevə bilər can verən Yaradanı?! (1997) Müəllif: RAUF CAVAD |
İnsan necə sevə bilər can verən Yaradanı?!
Gəl dərk eylə ki, sevgidən yaradıb, kim insanı!?
Gözlə görünməz ki, O, nə cür sevək bu varlığı?!
Yox ki, Sevginin surəti, Aşiq sevər mənanı!
Nə doğub nə doğulub, nə də yoxdur Onun tayı,
Tapılmaz ki, Ona bərabər, çün yoxdur məkanı!
Məgər bilməzmisən ki, yaranıb aləm bir sözlə,
Əmr edib, ol deyib olub, cümlə aləm nişanı!
Xəlq edib külli kainatı, nizam-intizamı,
Bəxş edib bütün varlığa xoş həyatı, bir anı!
Zikr eylər Aşiq Məşuqun adın, həmdəki zatın!
Rüsvay eylər eşqi cahanı, istər Dərdbəlanı!
Sevmək üçün nə edək ki, sevə Yaradanı nəfs?!
Gərəkdir sevəsən yaratdığı, gövhəri-canı!
Edib açıq-aşkar hər surəti Gözəldə zühur,
Görən göz lazım ki, görə, o sevgili Cananı!
Əks eyləyib xəyal nurun, kamil insan ruhuna,
Üfürüb cümlə bəşərə öz ruhundan, imanı!
Gəl incitmə bütün insanı, cəmi-ruhi-canı,
Hətda olmasa heç bir kimsənin, dini-quranı!
Yaxındır şah damara, axtarma özgə diyarı,
Dindir susan vicdanını, gəl al cavab nidanı!
Rauf, bu nə sir, bu nə möcüzə, yoxsa qəflətmi?!
Görməzmi məgər bir kimsə, o Sahibi-Zamanı!?