İrəvanda xal qalmadı

İrəvanda xal qalmadı
Müəllif: Cabbar Qaryağdıoğlu
Aşağıdakı mahnı sözləri Cabbar Qaryağdıoğluna məxsusdur və İrəvanda toy zamanı gəlinin atasının təkidi ilə meydana gəlmişdir.[1]. Mahnının tam mətni Mustafa İskəndərzadənin “Bədii tərcümənin ustalığı” kitabından götürülüb[2].
Wikipedia logo İrəvanda xal qalmadı haqqında Vikipediyada məqalə var.

İrəvanda bir quyu var,
Şəkərdən şirin suyu var.
Hər gözəlin bir toyu var.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

İrəvanda yol işlərəm,
Xəncəlimi gümüşlərəm.
Bir öpərəm, bir dişlərəm.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

İrəvanda Çarşı bazar,
İçində bir gəlin gəzər.
Dərdlərimə dərman yazar.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

İrəvanda ayaq quşu
Gedər yazı, gələr qışı.
Yaxşı olar yar görüşü.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən?

İrəvanda xan qalmadı,
Gəncədə soltan qalmadı,
Daha məndə can qalmadı.
Ay qız, o xal nə xaldı
Sən ora düzdürmüsən?
Ay naz, o xal nə xaldı
Sən ora düzdürmüsən.

Mənbə

redaktə
  1. Azərbaycan.- 2008.- 17 avqust.- S. 3. Hüseynov A., Azərbaycan musiqisinin bəzəyi olan mahnıları kimlər təqdim edir
  2. Мустафа Искандерзаде. Мастерство художественного перевода / Под редакцией Николая Хатунцева. — Bakı., 2013. — С. 47-50.