İranlılar deyir ki ("Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün")
İranlılar deyir ki Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 305. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,
Yarın İranımız, əlbəttə ki, bir babət olur;
Biz bu qeyrətlə bütün aləmə fəxr etməliyiz
Ki, ufaq dövlətimiz bir neçə zor dövlət olur.