İrfani və Sənəm xanım

İrfani və Sənəm xanım
Müəllif: Çıldırlı Aşıq İrfani
Söyləyən: Aşıq Şeref Taşliova, iyun 1974-cü il.
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

Əsil adı Süleyman olan Aşıq İrfani Çıldırın indi xaraba halında olan Kunduzev köyündəndir. Doğum və ölüm tarixləri bilinməsə də, XVIII əsrdə yaşadığı bəllidir. Kiçik yaşlarında atasını itirən İrfani bir müddət Karsın süvari paşalarından Səbri paşanın yanında qalmışdır. Səbri paşanın Aşıq İrfaninin əmisi olduğudeyilir. Əmisinin ölümündən sonra yenidən doğma köyünə qayıdan Aşıq İrfani atasının da sənəti olan əkinçiliklə məşğul olmuşdur. Əmisinin yanında mədrəsə təhsili görən İrfani köylərindəimamlıq da etmişdir. Buna görə də bəzi şeirlərində İrfani Xocaləqəbindən istifadə etmişdir.
Yuxarıda haqqında verdiyimiz bilgilərdən başqa, indiyə qədər sadəcə bir neçə parça şeiri bilinməkdədir. Yaşadığı bölgədəisə İrfaninin həyatı haqqında da rəvayətlər söylənilməkdədir. Burəvayətlərdən aşığın bir neçə eşq macərası yaşadığını və bunagörə də diyar-diyar gəzdiğini öyrənirik. 1974-cü ilin iyun ayındaÇıldırlı Aşıq Şərəf Taşlovadan qeydə aldığımız hekayə belədir:
Çıldırın Kunduzev köyündən olan İrfani 17–18 yaşlarına gəldiyi zaman röyasında gördüyü Ardahanın Harmandar köyündənolan bir türkmən bəyinin Sənəm adlı qızına aşiq olur. Eyni röyanı Sənəm də görür və o da İrfaniyə aşiq olur. İki sevgili bir-birlərindən xəbərsiz aylarca iztirab çəkirlər. Durumu öyrənən türkmən bəyi qızının dərdinə çarə aramağa başlar. Bir kəcavə hazırladaraq qızını mindirir, yanına bir neçə mühafizlə bir də rəmmalqataraq yola çıxarır.
Bir müddət yol getdikdən sonra rəmmal rəml ataraq Sənəmin sevgilisinin Çıldır tərəfdə olduğunu təsbit edir. Qafilə yönünü Çıldıra çevirir. O çağda ormanlarla qapalı olan Çıldır-Ardahan arasındakı dağlıq ərazidə günlərlə yol getdikdən sonra Çıldıra varırlar.
Bir bulaq başında qonaqlayıb istirahət edirlər. Bu sırada rəmmal bir rəml daha ataraq qızın sevgilisinin Kunduzev köyündən olduğunu söylər. Çıldırdan yola çıxan qafilə səhərə Kunduzev köyünə varır. Rəmmal yenə rəml ataraq Sənəmin sevgilisinin adınınİrfani olduğunu bildirir. Bununa üzərinə İrfaninin evini soraraqmüsafir olurlar.
Bu sırada İrfani evdə yoxmuş. Durumu ixtiyar anasına anladırlar. Türkmən bəyinin bir tək övladını əlindən alıb götürəcәyindən qorxan ana, oğlunun bir ay qədər öncə öldüyünü söylər. Gerçəkdə İrfani bu sırada çalışmaqdan yorğun düşmüş və bir ot yığınının altında uyumaqda imiş.
Sənəm rəmmala rəml atıb İrfanidən bir xəbər verməsini istər. Rəmmal İrfaninin vücudunun bu anda torpaqda olduğunu vədünya aləmlə münasibəti olmadığını söylər. Rəmmalın sözlərinindoğruluğuna qənaət gətirən Sənəm qafiləsini toplayaraq təkrar atasının evinə doğru yola çıxar.
Axşam işdən evinə dönən İrfani anasından Sənəmin onlaragəlib getdiyini öyrənincə dəliyə dönər. Sazını alaraq dərdli halını belə anladar:

Əl çək təbib, əl çək dərdli sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən.
Sən necə təbibsən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.

Yıxılsın fələyin tacıyla-taxdı,
Ox vurdu sinəmə, al qanım axdı,
Əzəl verməsəydin ikrarı, əhdi,
O ki ikrarında dura bilməzsən.

Dinlə Sənəm Qul İrfanı sözlərin,
Yaxdı ciyərimi ataş-közlərin,
Ağlasana, nə durursan gözlərim,
Daha yar üzünü görə bilməzsən.

Türküsünü bitirdikdən sonra sevgilisinin arxasınca getməyəqərar verir və Ardahana doğru yola çıxır. Sabah vaxtı, indiki Urtaköyünün yanındakı Şahin yurdu deyilən yaylaya varır. Yayaladaqoyun otarmaqda olan çobanlardan dün gecə bir qafilənin keçibgetdiyini öyrənincə, sazını alaraq şu türküyü söylər:

Hanı yaylam, hanı sənin əzəlin,
Güz gələndə bağlar dökər xəzəlin,
Səndə mehman olmuş mənim gözəlim,
Yarım köçmüş, viran qalan yaylalar.

Yaylada yayarlar qoyunla-qoçu,
Dalında örmüşdür qırx örük saçı,
Yüklənmiş qafilə, getmişdir köçü,
Gözümə görünür talan yaylalar.

Güz gələndə bağlar çıxar xəzəldən,
Mən onu sevmişdim əzəl-əzəldən,
Həsrət qaldım sevdiciyim gözəldən,
Lalası, sümbülü solan yaylalar.

Sözləri bitdikdən sonra təkrar yola qoyulan İrfani günlərin birində Ardahanın Alagöz köyünə gəlir. Köyün çeşməsində gözəl bir qızın su doldurmaqda olduğunu görür. Bu qızı türkmən qızıSənəmə çox bənzədir. Qızın arxasından evinə gedər və müsafir olur. Qızın atası İrfaniyə kim olduğunu, nerədən gəlib, nerəyəgetdiyini sorar. İrfani də macarasını bunlara anlatır. İrfani buradaxəstələrək yatağa düşər. Bu arada qız İrfaniyə aşiq olur və İrfanidə qızı sevməyə başlar. Bunlar anlaşaraq bir gecə qaçarlar. Arxalarından gələn qızın atası İrfanini Çıldır paşasına şikayət edər. Paşa İrfanin əlindən qızı alaraq atasına təslim edər. İrfaniyi dəÇıldır gölündəki Ağca qalaya həbs etdirir.
Bir müddətdən sonra bu adadan qaçmağa müvafiq olan İrfani Alagöz köyünə gedərək sevgilisini qaçırıb Çıldıra gətirir. Buolaylardan sonra İrfaninin adı dillərə dastan olur. Hər tərəfdə macaraları anlatılır, türküləri söylənilir. Çıldır paşası daha öncə cəzalandırdığı bu qəhraman aşığı maraq edər və yanına gətirdir. Paşa İrfaninin macaralarını dinlərkən paşanın gənc və gözəl arvadı Xürrəmzay yanına gəlir. Xürrəmzayı görən İrfani bu qadınaaşiq olur və sazını alaraq duyğularını şu sözlərlə ifadə edər:

Yeni başdan dərdə düşdüm oxlandım,
Dəli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qımzəsi ox, qaşı yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,
Hər kəmiyi yüz min dürlü saz eylər,
Çarqatın çevirirŞ tel pərvaz eylər,
Sanarsan buluddu, aya bağlandı.

İrfani yenidən buldu bir dövlət,
Daha hərcayıyla eyləməm ülfət,
Əski beynəvadan qahdı məhəbbət,
İndi könlüm Xürrəmzaya bağlandı.

Bu sözləri eşidən paşa çox qızar və İrfaniyi həbsə atar.
Bir ilə qədər həbsdə qalan İrfani aşağıdakı qoşmanı yazaraq paşaya göndərir və ondan əffv diləyir:

Daha pünhan tutma mənim dərdimi,
Min dərdim var, bir dərmana gəlmişəm.
Çevir Şərif, Məhəmmədin başına,
Duacıyam, qədd-imana gəlmişəm.

Dedim yüz min qafiyədən, qəzəldən,
Mənim dərdim pünhan tutma tez eldən,
Bir sevdanın cünunyum əzəldən,
Alışıban yana-yana gəlmişəm.

İrfani məhrumdur, beynəva quldur,
Eşqin qədimidir, avizdə güldür,
Ya çıxar at, ya bağışla, ya öldür,
Möhür dəsti Süleymana gəlmişəm.

Şeiri oxuyan paşa İrfanini həbsdən çıxararaq qaçırdığı sevgilisiylə birlikdə, Arpaçay qəzası yaxınlarında, indi xaraba halındaolan, əski Dəmirçilik köyünə sürgün edər.
Dəmirçilik köyündə yeni həyata başlayan İrfani, ilk badəlisevgilisi türkmən qızı Sənəmi unutmamışdır. Bir səhər vaxtı bir qatar durnanın Çıldır və Ardahana uçub getməkdə olduğunu görür. Sevgilisini, doğulub böyüdüyü köyü, yurdunu və məkanınıxatırlar. Durnalara belə səslənir:

Sabah namazında Zarşat düzündən,
En, Qaraçayırı bulasan durnam.
Aş Lavaş gədiyin, bağla qatarın,
Məkan-ı Daşbaşı görəsən durnam.

İrişidi, Külverən qalır sağ yana,
Çıx Qızılverana, en Kamervana,
Albız ıssızlıqdır, Cala virana,
Orda da bir zaman qalasan durnam.

Səfil Ağçaqala döndümü yaza,
Uğrama Kakaça, bəlkə yol aza,
Oralar susuzdur, keç get Cambaza,
Qarasuda qərar qılmasan durnam.

Zinzallar çəkildi ucadan-uca,
Xəbər al Çamdırı, gör halı necə,
Suxara mamurdur barı bir gecə,
Dost köyündə mehman olasan durnam.

Köyhas süvaridir, Purut piyada,
Urtayla, Meredis qalmasın yada,
Qırx Cedaxbaşını, keç Zurzunada,
Künduzhev öz köyüm, biləsən durnam.

Yolun düşər Otağvanın sağına,
Uğra Ardahana öylə çağına,
İkindi namazı çıx Cin dağına,
Qarış Qəmərəyə, bina sal durnam.

Yeri durnam, yeri dönmə izindən,
Aləmi mat etdin xoş avazından,
Əsli türkmən qızı, Xırmandalıdan,
Yarımdan bir xəbər alasan durnam.

Tez pərvaz eyləyin, tez qanad çalın,
O nazlı yarımdan bir xəbər alın,
İrfani xoca da bekliyor yolun,
Bəlkə bu günlərdə gələsən Yarımdan bir.

İrfani xoca həyatının sonuna qədər Dəmirçilik köyündə yaşamışdır, məzarı da buradadır.