İsmayıl
Müəllif: Zeynəb Zərbəli qızı
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Nə müddətdi yol gözlərəm,
Nə durmusan, qoç İsmayıl.
Atam məni salıb bəstə,
Gəl qapımı aç, İsmayil.

Dağlar başı duman olar,
Əlif qəddim kaman olar,
Mənim halım yaman olar,
Tez ağarar saç İsmayıl.

Gəl eşit Zeynəb sözünü,
Yoldan yığ yarın gözünü,
Çox da incitmə özünü,
Götür məni qaç, İsmayıl.