İsmayıla
Müəllif: Miskin Abdal
Mənbə: İsmayılov.H. Azərbayçan folklorunun regional xüsu-siyyətləri. Azərbaycan Milli Elimlər Akademiyası, Folklor İnstitutu, Səda, Bakı, 2006

Bu tac, bu taxt qılınc vəfa,
Şıx oğlu Şah İsmayıla.
Xızır Nəbi ol Mustafa,
Olsun pənah İsmayıla.

Haxdan yerə gəlir bir səs,
Bəxdin üzü dönməsin tərs.
Qır qazana düşər nakəs,
Etsə günah İsmayıla.

Abdal telə mizrab vurar,
Gün gələr ki, dastan qurar,
Yerdə Əli kömək durar,
Göydə Allah İsmayıla

Xarici keçidlər

redaktə
  • Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-09.