İstərəm (Şair Məmmədhüseyn, Çağırram pirim Əlini)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İstərəm
Müəllif: Şair Məmmədhüseyn
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.12

Çağırram pirim Əlini,
Ağamnan imdad istərəm.
Cəbrayılın şapərini,
Atannan imdad istərəm.

Sığındım Əlitək mərdə,
Eləsin dəvayi-dərdə.
Qul edib özün Bərbərdə,
Satannan imdad istərəm.

Əlinin Abbas balası,
Darda qalanın çarası.
Min batman Xeybər qapısı,
Açannan imdad istərəm.

Məmmədhüseynin bu çağını,
Fələk, qırma budağını.
O ağ divin barmağını,
Çatannan imdad istərəm.