İstərəm (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İstərəm
Müəllif: Aşıq Valeh
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22.

Abdulla xan, sarayına üz tutub,
Ərzimi məktubda demək istərəm.
Baxtım yatıb, işim düşüb müşkülə,
Gözümün yaşını silmək istərəm.

Dərd əlindən çəkilmişəm pünhana,
Az qalıb kədərdən ürəyim yana.
Salıbdılar məni şərə, böhtana,
Nə yaşamaq, nə də ölmək istərəm.

Binəva Valehəm, el harayında,
Min matəm oxunur can sarayında,
Ömürüm zülmətdir qəm diyarında,
Əhvalım yamandır, kömək istərəm.