İstərəm (Füzuli)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İstərəm Müəllif: Məhəmməd Füzuli |
Yandı canım hicr ilə,vəsli-rüxi yar istərəm,
Dərdməndi-firqətəm,dərmanı-didar istərəm.
Bülbüli-zarəm.deyil bihudə əfğan etdiyim,
Qalmışam nalan qəfəs qeydində,gülzar istərəm.
Dəhr bazarında kasiddir mətai-himmətim,
Bu mətai satmağa bir özgə bazar istərəm.
Fani olmaq istərəm,yəni bəlayi-dəhrdən,
Rahəti-cismi-zəifü cani-əfkar istərəm.
Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,
Neyləyim,çoxdur qəmim,dəfinə qəmxar istərəm
Çün bəqa bəzmindədir dildar,mən həm durmazam,
Bu fəna deyrində bəzmi-vəsli-dildar istərəm.
Ey Füzuli,istəməz kimsə rizasilə fəna,
Mən ki bundan özgə bilməm çarə,naçar istərəm