Mən sevdiyim mərmər sinəli yarın,
Deyirlər, qoynunda yabançı əl var!
Baxıb üfüqlərə, uzaq yollara
Ağıyormuş mavi gözlər, axşamlar!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipok bayğın Istanbul!
Bənim sevdiyim qız dünya gözəli,
Ona bu dünyada eş yaranmamış!
Deyirlər, könliinü fələk pozalı
Sürm əli telləri heç daranmamış!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın İstanbul!
Q ırıq dala qonm uş dün yavru bir quş,
“0 ” ndan xəbər verdi, gözüm yaşardı.
Gəl, zavallı könlüm, sorma nə olmuş?
Sorma ki, sevdiyin kimlərə vardı?!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri, ipək bayğın İstanbul!
Deyirlər, sevdiyim “Qız qülləsi”ndo,
Baxıyorkən qırıb rübab telinə!
Uçuyorkən şerin sevdasında,
Bir yılan sarılmış incə belinə!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Ey yolum üstündə yüksələn dağlar,
Gizli sevda üçün çırpınan dəniz!
Yol verin, yol verin, bənim dərdim var,
Qeyb etdim yolumu, qaldım kimsəsiz!
Ah, ey solğun yüzlü, dalğın İstanbul!
Mavi gözləri, ipək bayğın İstanbul!
Bu qəlbimdən qopan yanıq bir fəryad,
Çəkdiyim dərdlərin tərcümanımı?
Yoxm udur kim sodən könlüm ə imdad,
Bu bəxtsiz sevdamın son zamanımı?
Ah, ey solğun yüzlü, dalğım İstanbul!
Mavi gözləri, ipək bayğın İstanbul!
Yarəb, bilməzm idin qəlbimi sən də,
Ki, qırdın sazım canlı telini?!
Doğuyorkən yeni bir ümid bəndə,
Neyçün məyus etdin Turan elini?!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Gəncə, 1919, 19 mart