İstibdadi-ruhani

İstibdadi-ruhani
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

İndi hamı sevinir və hamı xoşhal yaşayır və hər gecə-gündüz
catnaa. dəstelorle ellərində qırmızı bayraq küçələrdə, meydanlarda
nümayişlər göstərib, nitqlər irad eyləyib xitabələr oxuyurlar və “urra”
sədalarını göylərə qalxızırlar ki, bəli, nə var, nə var, kohnə çürümüş
hökuməti üzüquylu salıb və onun bu bir naxır millət qanı soran
vəzirlərini ve bir sürü boynuyoğun qubematlarını və naçalniklərini vo qamıyoğun yekə jandarmlannı kisliyib qatıblar danalığa və məmləkəti onlarm pis üfunətindən təmizləyiblər.

Amma heç kəsin xəbəri yoxdur ki, öküzün böyügü tövlededir.
Qardaş, zarafat deyil, tutaq ki, sən indi istibdadi-cismarıini yıxdm
ve hürriyyəti-kelame sahib oldun və bundan sonra hor nə istəsən
danışıb və hor no tıkrinə gəldı yaza biləcəksən və öz ürfı işlərini
özün öz dilxahmca yerinə gətirə bilecəksen. Pes şerı işlərine nə
deyirson? Aya, görək buğunun qabağını vurdurub-vurdurmamağa,
üzünü, başım qırxdmb-qırxdımıamağa, məbada gedəndə soi ayağmı
içəri, çıxanda sağ ayağını eşiyə qayub-qoymamağa nə deyırsən?
Onlardandamı azadsan?

Sən eylə bilirsən ki, bundan sonra təqhd mesolosı də olmuyacaq?
Yoxsa eylə bilirsən ki, Qubadakı Molla Hacı Baba, Qafqaydakı Hacı
Molİa İsmayil axund, Gəncədəki Hacı Seyid Bağır ağa, Həştərxandakı
lənkeranlı Molla Əbdülrəhim, Tiflisdəkİ Rüstəm Zal, İrəvandakı
şeyx Elektrik, Bakıdakı filan ağa, Şuşadakı Ağa Əbdürrəhim, Ordubaddakı
Seyid Murtuza yatıblar nə kefın istodiyini eləyəsən ve hər
kosi bəyənirsən ona təqlid eləyəsən, yainki bəqa bərmeiyyit qalasan?
Vallahi, zorla boynunun kökünə tokfır çomağı ilə vura-vura
səni şeyx höccətül-füqəhayə təqlid elətdirəcəklər.

Yaxşısı budur ki, indi vaxt varkən başımn çarəsini eyiə. Və necə
ki, istibdadi-cismanini yıxdın, istibdadi-ruhanini də yıx ki, yaxan
qurtarsm. Yoxsa, istibdad istibdaddır. O olmasın, bu olsun.

  • "Molla Nəsrəddin" 23 mart 1917, N 7