İtmişdi dili-qəmzədə viranələr içrə

(İtmişdi dili-qəmzədə viranələr icrə səhifəsindən istiqamətləndirilmişdir)
İtmişdi dili-qəmzədə viranələr içrə
Müəllif: Mirzə Həsən Yüzbaşov-Qarabaği
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

İtmişdi dili-qəmzədə viranələr içrə,
Səd şukr ki, tapdım onu meyxanələr içrə.

Yarəb, yenə əl silsileyi-zulfə kim urdu,
Aşub düşübdür yenə divanələr içrə?!

Tari-səri-zulfünmüdü kim, şanə üzübdür,
Ya rişteyi-candır dolaşıb şanələr içrə?

Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuş,
Yazıldı cu halım mənim əfsanələr içrə.

Zahid, səni tan, məni öz halına qöygil,
Gəzdirmə məni məscidu butxanələr içrə.

Coxdandı konul mail olubdur meyi-nabə,
Yar əksi duşub bəs ki, o peymanələr içrə.

Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə,
Saqi, nolu cəksən onu məstanələr içrə.