İvan Qudoviçin Həsən xan Qacara məktubu

İvan Qudoviçin Həsən xan Qacara məktubu (1808, 17 oktyabr)
Müəllif: İvan Qudoviç
Mənbə: Elçin Qarayev (2016). Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında). Bakı: "Mütərcim", səh.180.

İrəvan əhalisi! Siz İrəvan qalasının əvvəlki müvəffəqiyyətsiz mühasirəsindən ibrət götürməyin. Onda vəziyyət başqa idi, indi isə tamamilə başqadır. Onda qoşuna hərbi sahədə təcrübəsi olmayan gənc generallardan knyaz Sisianov başçılıq edirdi. İndi xoşbəxtəm ki, 30 ildən çox güclü rus qoşununu idarə edən mən, böyük imperatorun məğlubedilməz qoşununa burada komandanlıq edirəm. Bundan əlavə, əvvəlki İrəvan mühasirəsində olunmayacaq dərəcədə çox az qoşun vardı, indi isə mənim o qədər qoşunum var ki, nəinki qalanı məhv edərəm, həm də bütün İranı (Qacarlar) tapdalayaram