İzhari-qədrdani
İzhari-qədrdani Müəllif: Məhəmməd Hadi |
Mənbə: Turan, Azər. Əli bəy Hüseynzadə (az.). Moskva: SALAM press. 2008. səh. 280. ISBN 978-5-7164-0582-0. (#accessdate_missing_url) |
Düha! Ey baği-lahutun həzari-nəğmə pirası,
Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası?
Böyüksən, ən böyüksən, bizlərə ustadi-əkrəmsən,
Vücudun ilə fəxr eylərdi, gər olsaydı Qərbiyyun.
Hələ dərbərdədir ənzari-istedadi-Şərqiyyun,
Bu gün qafilsə millət, yox əcəb, əhvali-zarından.
Yarın şərməndə olmazmı nişangahi-məzarından?
Vətən övladı dilsiri-həyat olsun fəratından,
Neçin ləbtəşnələr feyz almasın abi-həyatından?
Vücudun mayeyi-fəxri şərəfdir qövmi-islamə,
Bizi irşad qılmaqçün sarıl, ey dahi, iqlamə!
Neçin daldın sükuta, gəlməyir övradın ey dahi?
Vərəqriz oldumu baği-füyuzabadın, ey dahi?