Şücaətim
Şücaətim Müəllif: Cəfər Cabbarlı |
Vardır fəsahətim, bən özüm "nöqtəpərvərəm!.. ”
Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Baş qaldıranları əkərəm bən yüzük kimi!
Ustadi-kamil, ülumi-ələm, tərəffö zərgərəm!..
Hər səmtə bədlə dönərəm şiri-bidəqqəm...
Vaqiədə, leyk qılıncı qırılmış Qəzənfərəm!..