Şǝmi-hüsnin çövrǝsindǝ canü dil pǝrvanǝdir
Şəmi-hüsnin çövrəsində canü dil pərvanədir Müəllif: Şah İsmayıl Xətai |
Şǝmi-hüsnin çövrǝsindǝ canü dil pǝrvanǝdir,
Yanmayan ol şǝmǝ qarşı bixǝbǝr pǝrva nǝdir?
Qaşların mehrabü yüzün mǝscidi-beytülhǝram,
Gözlǝrin meyxanǝvü lǝli-lǝbin peymanǝdir.
Ey müsǝlmanan, mǝni eyb etmǝyiz aşiq deyib,
Kim mǝni valeh qılan ol nǝrkisi-mǝstanǝdir.
Dilbǝrin vǝslindǝn ayrı bu dili-mǝhcurimin,
Fikri ǝnduhü fǝraqü dǝrdilǝ hǝm xanǝdir.
Ey Xǝtai, ǝhli-tohidin qatında bilmiş ol,
Vaizin bihudǝ göftari qamu ǝfsanǝdir.