Şəfəqdə
Müəllif: Əhməd Haşım
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Dönsəkmi bu eşqin şəfəqindən,
Getsəkmi əkalimi ləyalə?
Bizdən daha əwəl erişənlər
Ağlar bu gün əwəlki xəyalə...
Dönməkmi? Nə mümkün geri dönmək
Düşdüysə gönüllər bu məlala?
Bir əldir üfuqlərdən uzanmış
Zülmət bizi çəkməkdə vüsala.