Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf

Şəhidi-hürriyyət Səid Səlmasinin ruhuna ithaf
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Bu baxışlar melalü hüzn saçar,
Bu baxış dağidar edər ciyəri,
Qəlbə min dürlü yesü matəm açar,
Sənde gördükcə bu nigahlərİ.

Ah, ey nocavan, ki qəlbində
Daima bəslədin həvayi-vətən.
Vətən uğrunda, millet eşqində
Laləgun oldu qanlarınla kefən.

Əsəfa, vermədi əcəl möhlet,
Görməyə şadikam millətini.
Düşmənin vermədi sənə fıirsət,
Etdi nabud fıkrü niyyətİni.

tştə fikrindəki sübati-himam
Verdi tərcih cahanə canani.
Ruhi-pakm tutub teriqi-ədəm,
Sinəçak etdi əhli-İram.

Saf qəlbinlə bəzli himmət edib,
Qeydi-dünyadən oldun azadə.
Həsrətü yəs aruzu ilə gedib,
Müsterih ol behişti-əladə.

Dediyin tek həyati-istiqbal
Oldu axır fədası mosləkinin.
Can nisar etdin, etdin istikmal,
Qayim oldu əsası məsləkinin.

İştə min kərrə mərhəba olsun
O mübarək-nihad fitrətinə.
Cismü canım menim fəda olsun
O müqeddəs türabi-türbətinə.

  • "Yeni Füyuzat" jurnalı, 11 yanvar 1911, N 2