Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm.
Mən səninçin ömrüm boyu cəfalara dözərəm,
Sənsiz güllər açılmasm, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən bir sönməz ulduzam ki, daim işıq saçaram,
Mən bir oyaq bülbüləm ki, güldən-gülə uçaram.
Mən bir gizli aləməm ki, sevgilərdir açanm.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən səninçin şəfəqlərdən süslü bir tac yaparam,
Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!
Arar, arar, arar, arar, axır səni taparam;
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansm,
Oxu, bülbül, bəlkə yarım oyansın!..