Şәbi-zülmati-zülfündә fәğanü ahü zarım var
Şәbi-zülmati-zülfündә fәğanü ahü zarım var Müəllif: Həsən Hadi Qarabaği |
Şәbi-zülmati-zülfündә fәğanü ahü zarım var,
Vüsali-sübhi-ruyin feyzinә çox intizarım var.
Kәsilmiş taqәtü tabü tәvanım, tarı şahiddir,
Nә yol bullam vüsalә, hicrә nә sәbrü qәrarım var.
Nigara, mәhcәbina, qәddi-sәrvin iştiyaqında
Edәn hәr lәhzә cari çeşmә çeşmi-әşkbarım var.
Sәnә birәhmlik bunca nәdәndir bilmәzәm, zalim,
Gәtirmәzsәn xәyalә kim, mәnim bir dilfikarım var.
Hüzurunda, әzizim, zәrrәcә hәrçәnd qәdrim yox,
Vәli qәmlәr yanında şaxisәm, çox etibarım var.
Sәnin әqdi-sürәyya tәk cәbinindә әrәq mәnzum,
Mәnim dә xab görmәz dideyi-әncümşümarım var.
Açar müjgan oxu, Hadi, xәyalımdan neçә rövzәn,
Xәyalә girmәyә, vәh-vәh, nә bәxti-huşyarım var.