Şahım, iki cürə narahatam mən
Şahım, iki cürə narahatam mən Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Şahım, iki cürə narahatam mən:
Könlümdə şübhələr yaşayır qoşa.
Qorxuram xoşuna gəlməyə mədhim,
Ya da mükafatın gəlməyə xoşa.