Şah Səfinin Şəki qışlaqları haqqında fərmanı
I Şah Səfinin Şəki qışlaqları haqqında fərmanı (1633-cü ilin oktyabr ayı) Müəllif: I Şah Səfi |
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh. 194. |
Hakimiyyət Allaha məxsusdur
[Möhür izi:] Şah Səfi varlığı ilə quldur.
Uğurlu fərman verildi o haqda ki, Şəki rəiyyətləri və acizləri divana gələrək şikayət etmişlər ki, əmirliyin pənahı Aslan Sultan onların qışlaqlarını kənardan gəlmiş adamlara verərə k qışlaqbaşı əldə edir. Buna görə qərara aldıq ki, Şirvan bəylərbəyinin vəkillərin bu işin həqiqətinə yetişərək, əgər qeyd olunan rəiyyətlər qədim dövrlərdən bəri orada qışlaq edirmişlərsə və həmin əmirliyin pənahı o yerləri digərcamaata verərək qışlaq edirlərsə, göstəriş vərsin ki, qeyd olunan əmir məzkur camaatın qışlağına müdaxilə etməsin və həmin rəiyyətlər keçmişlərdə olduğu kimi qışlasınlar və bu barədə göstəriş verildiyini bilsinlər.