Rəvayətlər. Şahpur dağı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Elə dədə-babadan Şahpur dağını ocax sayırıx. Kimin nəziri varsa, aparır qoçu, ya qoyunu dağın yanında kəsir. Sora dağın dibində bulax var. Şahpur bulağı. Həm qurbanı, həm də bı qurbanı kəsən pıçağı o bulaxda yuyullar. Ancax kəsilmiş qurbanı heş vaxt Şahpur dağında yeməzlər. Gətirip kətdə əv-əv paylıyallar. Novruz bayramında hamı gedir Şahpura. Dağın lap aşağısında taxçalar var. Orıya şam qoyup yandırırıx. Sora hərə ürəyində bir niyyət tutup dağa xırdaca daş atır. Kimin niyyəti bitəcəksə, daş yapışır dağa. Kiminki yerinə yetmiyəcəksə, yapışmaz, düşər yerə. Bı dağ ocaxdı. Hər yannan bıra adamnar gəlir. Ant içəndə üzümüzü tutarıx Şahpura, deyərik: “Bı ocax haqqı”.

Mənbə

redaktə