Şair, şeir pərisi və şəhərli

Şair, şeir pərisi və şəhərli
Müəllif: Abbas Səhhət
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

(İxtisarla)
Səfalı bir mayıs axşamı… Günəşin qürubundan bir az sonra saf, lacivərdi asi- mana ucalan qürsiqəmərin əşieyi-simini sakin və müəttər bir meşənin kölgəli ağaclannm arasmdan süzülərək yaşıl çəmənlərin və ən yaxmdan axan suyun səthini işıqlandınr: suya ən yaxın biryerdə şair tək-tənha oturub məhtaba qar- şı təmaşayi-təbiət edərkən birdən-birə qabcıb deyir:

İllər, aylar gəzirəm boş-boşuna, bikarə,
Laübalı yaşayış etdi məni avaıə…
Bilmirəm mən nə üçün bülhəvəsəm, binəngəm,
Öz halımdan özüm, allah da bilir, diltəngəm.
Bu gözəl mənzərənin seyrinə dalmaqdan isə,
Təkü tənha bu çəmənzardə qalmaqdan isə,
Daha xoşdur gedib öz dəıdimə dərman etsəm,
Qəmi-fərdanı düşünsəm, onu saman etsəm.

Ayağa durub getmək istədikdə, ildmm təraqələri kimi səslər eşidib ətrafda- kılar şairin nəzərində titrər və əhvalı pərişan olur. Bu əsnada yaxmmdakı uca dağm təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. Əlindəki santur deyilən musiqi aləti ilə şairə xitabən:
Şer pərisi
Şairim! Seyr elə ətrafi, təbiət ne gözel,
Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl.
Kölgə şaire yaxmlaşaraq, əlindəki musiqi aletini teqdim edərək deyir.
Al, bu santurumu çal, gəldi bahar əyyamı,
Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı.
Öp şirin ləblərimi, guşeyi-əbrulərimi,
Sırma geysulərimi, nərgisi-cadulərimi.
Vəcdə gəl, nəğməsəra olmağa ağaz edəlim,
Gəl bərabər uçalrm, göylərə pərvaz edəlim.

Şair
Sevgilim, eşqü həvəsdən daha mən bizaram,
İndi bir başqa dilarama pərəstişkarəm.
Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.
Biri əkmək, biri başmaq, biri paltar diləyir,
Verdiyi qəızi də hər gündə tələbkar diləyir.
Mən bu halətlə necə bir də olum qafiyəsənc?
Get bir asudə adam tap, daha vermə mənə rənc.
Atmışam mən hevəsi, eşqi, dəxi dilbəri de,
Səni də, şeri də, ilhamı da, dəfiərləri de […]

Şer pərisi
Şairim? Qəm yemə, aləmi-cəhan fanidir,
Cavidani yaşayış ləzzəti-ruhanidir.
Sən mükafatını insanlığa xidmətdə ara,
Əbədi zövqü, təsəllini həqiqətdə ara.
Kölgəyə aldanaraq sevmə cəfa aləmini,
Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini.
Aləmin fani qüyudatına pabənd olma!
Zəhmətindən usanıb eyşinə xürsənd olma!
Uçma alçaqlara, sən tairi-ülviyyətsən,
Qaç əsarətdən əgər aşiqi-hürriyyətsən.
Sən gərək rahi-heqiqətdə cahandan keçesən,
Xanimandan keçəsən, baş ilə candan keçəsən.
Şair oldur ki, həqiqətlərə dildadə ola,
Şairin fıkri, xəyalı gərək azadə ola.
Gəl mənimlə apanm övci-səmavata səni,
Orada nail edim dürlü füyuzata səni.
Orada könlün əlaiqdən olur varəstə,
Sənə təqdim edər əfvaci-mələk güldəste.
Orada huri pərilərlə edərsən xəndə,
Bəxtiyarlıqla yaşarsan əbədi fərxendə.

Şair
Ey əzizi-dilü can, ey ferəhi-qəlbi-məlul!
Edərəm iştə bu təklifmi şükranla qəbul!
Tabeəm indi, sənə nəryə aparsan, gedətəm,
Necə ilham edəsən, öylə təğenni edərəm.
Tək cahanın qutarım möhnətü alamından.
Gəlmişəm təngə məlali-səhərü şamından.
A1 məni şahpərinin üstə, apar balayə,
Oradan ta ki, həqarətlə baxım dünyayə.
Dilrüba nəğmələrim ruha fərəhbəxş olsun,
Ta sözüm sineyi-ərbabi-dilə nəxş olsun.

Şaır bu sözləri vəcd və istiğraq halmda söyləyərək bihuşanə yıxılıb hərəkət- siz qalır. Görünməkdə olan bu səmavisima nəzərdən qaib olur. Şairaşiqanə bir halda mat-məbhut qalmış ikən şəhərli qiyafəsində bir cavan zahir olub, şairə yaxmlaşıb diqqətlə ona baxdıqdan sonra qərib bir təbəssümlə öz-özünə;

Şəhərli
Buna bax, gör necə yatmış burada asudə,
Yazmayır, işleməyir, vaxtı itir bihudə.
Bənzi solğun, halı pozğun, hərəkətsiz, məbhut,
Canlı meyyitmi, deyim, ya ki diri bir tabut?

Şat onun sozünü eşidərək qapanmış gözlərini açdıqdan sonra durub oturur və deyir:

Şair
Hem də məcnunsifət, aludeyi-qəm, məsti-qəram,
Bunu da söylə ki, təsvirciyin olsun tam.

Şəhərli
Yaxşı təsvirdir, əvət, söylə, nə halətdir bu?
Ölüsən, ya dirisənmi, nə kəsalətdir bu?

Şair
Düşkünəm çox, nə edim?

Şəhərli
Qalx, kişi, aç bir gözünü.
Bulanar könlü bu halda görən olsa üzünü.

Şair
Di buyur, get!

Şəhərli
Utanırsanmı heç ətvanndan?
Xəbərin varmı fəna şiveyi-rəftanndan?
Belə ciddi və mühüm vəqtdə ərbabi-hünər
Sən kimi atilü batil oturar yoxsa məgər?
Hər kimin qəlbi, ya vicdam deyildir satılıq,
ər kimin daş kimi yoxdur ürəyində qatılıq,
Mıllətin halım gördükdə gərəkdir yansın,
ərdınə qalmağı daim özünə borc sansın.
ə -şerin ki, sənin şöhrət edib dövranə,
Məsıyətdir baxasan bunca qəmə biganə.

Şair
Məndə varmış tutalım, sən dediyin fəzlü hünər,
ən nə yaPmalıyammış, ya əlimdən nə gələr?

Şəhər1i
Bu nə axmaq damşıqdırj kişi, sen şairsən,
Şıl deyılsən ki! Yazıb işləməyə qadirsən.
Tərcüman olmaq üçün giryələrə, xəndəlerə,
Salı vermış səni xəllaqi-cahan bəndələrə.
Qalx, oyan, cürət elə, rəd kimi fəryad et!
Bu fəlakətdə qalan millətinə imdad et!
Görməyirsənmi bu biçarə vətəndaşlannı,
Bacı-qardaşlanm, sevgili dindaşlannı —
Zülm zəncirinin altında çəkir işgəncə?
Eybdir sən uyasan gəncəfəyə, şətrəncə.
Gecə bulvarda, klublarda, günüz bağlarda —
İtə vaxtın, bitə ömrün, həp oyuncaqlarda,
Mənfəət verməyi bildikdə, bacardıqda, sənə —
Borc deyilmi edəsən nəfli xidmət vətənə?
Anamn dərdinə övlad şərik olmazmı?
Ananın halı zəxim olsa, oğul solmazmı?
Vətən uğrunda gərək şəxs fədakar olsun,
Boylə mövsümdə yatan kimsələrə ar olsun […]

Şair
Sözlərin həqdir, əvət, zənn edirəm arifsən,
Lakin əhvali-mühitə yəqin az vaqifsən.
Vətənə, millətə sanma deyiləm dildadə,
olmaz fəqət olmazsa qələm azadə.
Həqqə, namusa, nicata, qələmə and olsun,
Ərşə, fərşə, günəşə, sübhi-dəmə and olsun,
Çox həqiqət mənə təlqin eləyir vicdanım,
Yoxdur ondan birini söyləməyə imkanım.
Danışarkən həqi göydən yetişən buyruqla,
Tıxanıb sözlərim ağzımda qalır yumruqla.
Doğru söz söylədiyim halda məsul oluram,
Çarəsiz nəğmə, qəzəl yazmağa məşğul oluram.
İstərəm qoşmağı, lakin yük ağır, yol da yoxuş,
Necə uçsun qanadı smmış, əzilmiş bir quş?
Çəkmədən bari-qəmi rişteyi-canım üzülür,
İczdən xuni-cigər yaşlı gözümdən süzülür.
Daha tabavəri-qəm olmadığıyçün ürəyim,
Dərgahi-həqdən odur sonku niyazım, diləyim:
Bizlərə səbr, mətanətli ürək etsin əta,
Ta azıb etməyəlim rahi-məhəbbətdə xəta.