Şairin ölümünə
Şairin ölümünə Müəllif: Mixail Lermontov Tərcümə edən: Mikayıl Müşfiq |
Şair öldürüldü, şair vuruldu,
O namus aşiqi düşərək şərə,
Sinəsində qurşun, intiqam odu
Qürurlu başını endirdi yerə.
Dözmədi şairin, dözmədi qəlbi
Ufaq təhqirlərin incikliyinə.
Öldü, zidd gedərək əvvəlki kibi
Kübar aləminin hər bir rəyinə.
Öldürüldü, artıq hədər əməkdir,
Bu tə'riflər xoru, bu hönkürtülər.
Bəraət fikri də nəyə gərəkdir?
Artıq öz hökmünü vermişdir qədər
Onun ötgün, azad iste'dadını
Siz deyilmidiniz acıqla güdən
Siz deyilmidiniz gizli yanğını
Bir zövq alardınız görükləməkdən.
Qoy olsun, sevinin, gülün bir daha!
Dözülməz iztirab onu apardı.
Söndü çıraq kibi böyük bir daha,
Ehtişam çələnki soldu, sarardı.
Soyuqqanlılıqla qatil yamanca
Vurdu zərbəsini. Qurtuluş yoxdur.
Əlində əsməyir onun tapanca.
Duyğusuz bir ürək müntəzəm vurur.
O, na qəribdir ki, bizə uzaqdan
– Uğursuz taleyin hökmü var kimi-
Bir az qapsın deyə səadət, nişan
Atılmış yüzlərcə qaçqınlar kimi.
Ona yabançıydı bizim bu torpaq.
Edib adətinə, dilinə nifrət,
O bizim tərəfə vermədi fürsət,
Əlini qaldırıb bu qanlı çağda,
Kimə qıydığını bilmədi ancaq.
Şair öldürüldü, gömüldü artıq,
Tərənnüm etdiyi haman qısqanclıq
Qurbanı, mehriban nəğməkar kimi.
O nəzərdən uzaq, bəstəkar kimi.
Özü də tərk edib getdi cahanı
Amansız bir əlin oldu qurbanı.
Şirin lətafətli, sakit havalı
Dostlar dünyasından düşüb aralı.
Dünyaya sığmayan, azad, atəşin,
Ehtirasla dolu o ürək neçin
Kübar aləminə meylini verdi,
O boğuq, o paxıl mühitə girdi?
O ki, insanları gənclik çağından
Yaxşı tanıyırdı, yaxşı bilirdi.
Fitnələr çıxaran, hiylələr quran,
İftiraçılara neçin əl verdi?
Neçin o hər sözə uydu boş yerə
İnandı yalançı nəvazişlərə?
Əvvəlki çələnki alıb başından,
Qoydular başına güyəmdən çələnk.
Lakin saf alnına batırdı hər an
Kizlş tikanlarla hörülən çələnk.
Zəhərləndi onun axır çağları,
Gülünc ümidlərin minlərcə hiylə
Doğuran, fitnəkar pıçıltısiylə,
Hədər ümidlərin gizli dağları
Çəkilməz arları ucundan o da
İitiqam deyərək atıldı oda.
Füsunkar nəğmələr kəsildi gerçək,
Bir də o nəğmələr səslənməyəcək.
Nəğməkarın yerp qəmlidir, dardır,
Dodaqlarında da bir damğa vardır.
Siz ey həyatında föhşo dadanmış,
Məşhur rəzalətlə şöhrət qazanmış
Xain atalardan nişan xələflər!
Taleyin qurduğu əylənçələrə,
İncik nəsilləri, işgəncələrlə
Qul kimi tapdayıb aşan xələflər!
Ey taxt ətrafıpda üşüşən yığın,
Şərəfin, dəhanın və azadlığın
Qəddar cəlladları enin, enin siz!
Qanun arxasında pərdələrin siz!
Sussun qarşınızda qanun, ədalət,
Sussun qarşınızda bu qara dəhşət.
Fəqət ey rəngbərəng əxlağsızlığın
Qarşısında gedən şərəfsiz yığıi,
Bilin ki, tanrının məhkəməsi var,
O dəhşətli hakim sizi qarşılar.
Altun cingiltisi uzaqdır ondan,
O hər fikri, işi əvvəldən bilir.
Yapdığınız işə sizin o zaman
Nifrət yağdırmanız hədər bir işdir,
O sizə bir kömək etməyəcəkdir.
Şairin günahsız qanını hey siz,
Qara qanınızla təmizləsəniz,
Na qədər yusapız, getməyəcəkdir.