Şanlı gördükcə məni sanki edir qövr fələk
Şanlı gördükcə məni sanki edir qövr fələk Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Şanlı gördükcə məni sanki еdir qövr fələk,
Min kələk çidə еdir başıma filfövr fələk.
Namurad оlmağım оldisə muradi оldum,
Şimdi bilməm nə murad ilə еdir dövr fələk?
Asiman оldumu surax iki gün güldü üzüm
Ki, mükafat оlaraq bunca еdir cövr fələk?!
Artıq оynatma məni sən dəxi, еy еşqi-cünun,
Mən özüm оynayıram çalsa da hər tövr fələk!
Şimdilik rəqsdəyiz, ta görəlim kim yıxılır:
Mənü dil, еşqü həvəs, hutü həməl, sövri-fələk?