Şenliyin
Şenliyin Müəllif: Aşıq Nəsib |
Mənbə: Aşıq Nəsib. Toplayıb tərtib edənlər: H.İsmayılov, T.Səmimi. Bakı: Səda, 2004 |
Bir vaxt bu yerlərdən keçib gedibdi,
Gəzir ağızlarda sözü Şenliyin.
Təbli adamların sinəsindədir,
Çeşməsi, bulağı, sözü Şenliyin.
Gündən güzərandan sınır ürəyim,
Ay Nəsib, ustadı anır ürəyim.
Həsrətdən od tutub yanır ürəyim,
Yaloyu, ataşı, közü Şenliyin.
Xarici keçidlər
redaktə- Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-09.