Şerimə
Şerimə Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.104 |
Ey çürük ruhumda doğan nəşidə,
Bən səni çox sevdim doğduğun gündə.
Səmimi bir cocuq gülüşləriylə,
Çırpınıb açdığın о dadlı dilə;
Heyran oldum, dönə-dönə dinlədim,
Uyudun, üstündə ninni söylədim.
Doğarkən təbimdə, duydum dilindən,
Əlimdən çıxarkən öpdüm əlindən.
Bilmədən başına nələr gələcək?
Sən bir çiçək oldun, bən bir kələbək!
Yeltənmə bu gün kəndini sevdirməyə yersiz,
Əlləşmə bənim açmağa qəlbimdə bir iz!
Get, qalma yolundan “sonu yoxluq” Vətənindir!
Al, get! Sana göz yaşları, bunlar da sənindir!
Gəldin də sevindim, gedər olsan yenə öylə,
Artıq о yavan sözləri şeytanlara söylə!
Şerin canı, şairdə olan canlı hərarət,
Yox səndə o, çünki bana heç olmadı qismət!
Təbimlə bərabər yürü “heçlik”, yürü “yoxluq” !
Get, get bana təsir edəməz yapma cocuqluq!