Şikəstə qardaş

Şikəstə qardaş
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Qulaq as sözümə Şikəstə qardaş,
Arzu etdim, arzum yerin almadı.
Namərdin oxundan dəyən yaralar,
Nə öldürdü məni, nə sağalmadı.

Qovr edir yaralar incidir məni,
Gəzib dolaşmışam neçə ölkəni.
Yoxdur bu dərdimin, yoxdur dərməni,
Fikirlər sərimdən heç azalmadı.

Mən dərdliyəm yar əlindən, ay Əfqan,
Namus, qeyrət, ar əlindən ay Əfqan.
Bu zülmkar çar əlindən ay Əfqan,
Qırıldı el oba, bir kəs qalmadı!