Şirvandakı hadisələr haqqında Şah Sultan Hüseynin fərmanı

Şirvandakı hadisələr haqqında Şah Sultan Hüseynin fərmanı
Müəllif: Şah Sultan Hüseyn
Mənbə:
  • Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, ―Çıraq, 2007. səh.195-198


[Möhür izi:] Mehriban və bağışlayan Allahın adı ilə. Əmirəlmö'minin ən kiçik iti Şah Sultan Hüseyn

Dünya itaət etməli hökm vərildi o barədə ki, şahlıq, hökmranlıq və qüdrətin pənahı, dəbdəbə və cəlalin aparata, şəhamet, qoçaqlıq və cəsarətə malik olan yüksək vəzifəli, əzəmətli sultanların xələfı, ehsana layiq, səltənət, hökmranlıq, əzəmət, cəlal, dəbdəbə və iqbal kəmalına şamil olan və cəlalinin yüksəlməsini Allahdan istədiyimiz şahın mərhəmətinə layiq görülən Kartli Gürcüstanın valisi Hüseynəli xan bilsin ki, bu mövqe o, Şirvanda hadisə baş vərməsi barədə, habelə sayıqlıq və tədbirlilik sifətlərinə malik aqil və bacarıqlı bir sərdarın tə'yin edilməsi zərurətinə və qeyd olunan hadisələr üçün lazımi tədarük görülməsi və həmin tədarükün geriyə atılması və ya yubandırılmasının bütün Azərbaycanda vəziyyətin qarışmasına səbəb ola biləcəyi üçün belə nallara əsla yol vərilməməsi haqqında və o yüksək vəzifəlinin 8 min nəfərlə Kaxetə hərəkət etməsi və Tiflisin iki ağaclığına getməsi, bəlkə də onun həmin gedişinin şöhrəti sayəsində ləzgi quldurların Kaxetə və Qarabağa gəlməyə cəsarət etməmələri haqqında və sair izahata dair dünyanın pənahı olan [şahın] dərgahına ərizə göndərərək ərz etmişdir ki, əzəmətli şahlıq sarayından xəbər əldə oluncayadək, o yüksək vəzifəli qeyd olunan iki ağaclıqda dayanmış və gözləyir ki, nəcə göstəriş olursa, o cür də əməl etsin. [Həmin məktub] şahın günəş təsirli nəzərinə çatdı, o yüksək vəzifəlinin ərz etdiyi məsələlər dünya bəzəyən fikir sahibi [şaha] mə'lum oldu. Əzəmətli sultanların o xələfinin üzü ağ olsun. Hərəkət etməklə çox yaxşı iş görmüşdür. O yüksək vəzifəlinin bu tədbiri çox bəyənildi. Bu vaxt ali divan vəzirinin qardaşı, hökmranlıq və qüdrətin pənahı, dəbdəbəli və cəlalli aparata malik, yüksək vəzifəli, əzəmətli əmirlərin əmiri, vilayətnişan xanədanın qədim sofızadəsi, hökmranlıq, əzəmət, cəlal, dəbdəbə və iqbal üçün dəyərli, müqəddəs, nurani, mütəbərrik, ali mərtəbəli və ərş dərəcəli astananın xadimi, ədalət rüsumlu bu ailənin düzgün əqidəli yolunun qulu Məhəmmədxan Bəydili-Şamlunu zəfər nişanlı ordunun baş fərmandehliyi vəzifəsinə tə'yin edib, Azərbaycana bəylərbəyi tə'yin etməklə indi onun başını ucaltmışıq və qeyd olunan quldurları dəf etmək və aradan qaldırmağa onu mə'mur edərək göstəriş vərmişik ki, zəfər çalan əsgərlərlə birlikdə tə'cili surətdə o hududa yola düşərək həmin yaramazları dəf etsin. İnşallah bu yaxınlarda o varid olub şərəfinə minlərlə salam və təhniyət edilən cənab müqəddəs Rəzəvinin razılığı, fəziləti ilə, hamısına bütünlüklə Allahın salavatı olan mə'sum əümmə həzrətlərinin batini yardımı ilə, qeyd olunan azqınları öz pis əməllərinin cəzasına çatdıracaqdır. Lazımdır ki, o yüksək vəzifəli [şəxs] itaət edilməli bu məktubun məzmunundan xəbərdar olduğundan sonra yubanmaya və təxirə yol vərmədən tezliklə, dərhal Kaxetə yola düşüb və orada iqamət edərək, Kaxet və Qarabağı qorusun və mühafizə etsin və o yaramazları dəf edib aradan aparsın, tainki qeyd edilən sərdar da bu tərəfdən varid olub onları dəf etməyə başlasın. Bu barədə o yüksək vəzifəli [şəxs] lazımı səy göstərməli və səhlənkarlıq etməməlidir. Kaxet və Qarabağın qorunmasını ondan tələb edirik. Bu haqda ən çox səy göstərməli, qüsura yol verməməli, yaxşı xidmətkar olduğunu, fədakarlığını, səmimiyyətini və qul olduğunu daha çox zahirə çıxarmalı və bu yolla özünü şahın həqiqi nəvazişlərinə və müzayiqəsiz mərhamətlərinə şamil etməli və şahlıq lütfkarlığına layiq olduğunu büruzə verməlidir.

Yazıldı 1133-cü ilin ziqədətül-həram ayında.