Şol mübarək zatına işim sənadır, ya nəbi
Şol mübarək zatına işim sənadır, ya nəbi Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27. |
Şol mübarək zatına işim sənadır, ya nəbi,
Asilik bimarına adın şəfadır, ya nəbi.
Ayağın toprağının qədrin nə bilsin hər kişi,
Kun-fəkan ol toprağə kəmtər bəhadır, ya nəbi.
Ey günəş yüzlü həbib, hər kim səni həq bilmədi,
Danla məhşərdə anın yüzi qəradır, ya nəbi.
Çün sənin xoşlığına yaratdı sane-aləmi,
Ayağın toprağına aləm fədadır, ya nəbi.
Bu Həbibi xəstəyə qılğıl şəfaət ruzi-həşr,
Çünki əslində səninlə aşinadır, ya nəbi.