Şuri-eşqin eyləyib bəs ki, məni divanə

Şuri-eşqin eyləyib bəs ki, məni divanə
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Şuri-eşqin eyləyib bəs ki, məni divanə,
Şohreyi-şəhr olubam aləm-əra əfsanə.

O qədu qaməti gordukcə xudadan dilərəm,
Dolanım başına kim şəmə necə pərvanə,

Qan tutub gozlərini məst ikən peyvəstə,
Ruzi-əzzəl necə kim, tutdu mənə peymanə.

Dəst busin mənə gər mumkun ola omrumdə,
Xaki-payinə düşüb, can verərəm mərdanə.

Lütf eylə əlimi tut ki, məni-uftadə,
Məstlikdən ayılıb bəlkə gəlim imanə.

Görcək ol zülfünü küfrə dəyişib imanı,
Gözüm oz əlim ilə, mən nə deyim Sənanə?

Eşq dərdinə ətibba qamusu acizdir,
Vəsl əlac edə məgər bu mərəzi-punhanə.

Baxma ahuyi-Xutən vəh ki, xətaya saldı
Məni bir ceşmə-siyəh baxmaq ilə məstanə.

Dəhrdə hicr oduna yandı Kəminə, yarəb,
Həşrdə hifz elə kim, ta nə qalıb niyranə.