Əcəb yüzin görən necə qılar tab

Əcəb yüzin görən necə qılar tab
Müəllif: Şeyx İbrahim Gülşəni


  
Əcəb yüzin görən necə qılar tab,

Çu andan bibədəl olur şeyxlə şab.

Əcəb nərgislərin uyur oyanux,

Görənün gözünə necə girər xab.

Əcəb durci-göhər kimi dəhandan

Düşünmidür görünən madəri-tab.

Əcəb ay kimi alınundan münəvvər,

Cəhanda varmıdur bir taqi-mehrab.

Əcəbmi təşnəliqdən can verərsə,

Görənlər ləblərüni lə’li-sirab.

Əcəbmi, ey pəri, yüzin görəndə

Günəş sararuban, qararə möhtab.

Əcəbmi gözlərümdən yaş yerinə

Axudam həsrətündən seyli-sürxab.

Əcəbmi Gülşəninün Rövşəniçün

İnildü zarisin manəndi-dulab.