Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi

Əcaba, bu huri üzlü məhi-bədr, ya pərimi
Müəllif: İmadəddin Nəsimi

Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi?
Boyu sərvi-bustani, yanağı güli-tərimi?

Ləbi-canfəzayi-lə’lin urar abi-Хızra tə’nə,
Bu şəkər dodaqlı, yə’ni sözü şilə şəkkərimi?

Düşərəm oda göricək bu mələknijad huri,
Əcəba, bu Çin bütünün üzü nəqşi-azərimi?

Gеcələr gözü хəyalı götürər gözümə şəbхun,
Bu gözü hərami cadu, qaşı yaylı çərimi?

Gözü, qaşı, zülfü, хalı ki, iki cahanı aldı,
Qamu bir əmiri-hüsnün sipəhivü ləşkərimi?

Tökülür sözə gəlincə dürü lö’lö ləblərindən,
Əcəb ol sədəf dəhanın dişi nəzmi-gövhərimi?

Saçı ilə həmdəm olmuş bu şikəstədil Nəsimi,
Gəl inanmaz isən uş gör dəmi mişki-ənbərimi.