Ədəbiyyat (Əliqulu Qəmküsar)

Ədəbiyyat (Əliqulu Qəmküsar)
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Bır hökumet tazə çıxmış, İsmi-Azərbaycan,
Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban?
Bir nefər xalis rəiyyət kabinedə yoxdur, inan,
Əlaman bu müstəbİdlərden, ilahi, əlaman!

Hər şehərda xandır, eyandır keçib iş başına,
Hər cəhətdən üz görür öz qövmu, öz qardaşma.
Get dolan kend-kəseyi, bax bir axan göz yaşına,
Hər terəfdə kamirandır bəy, əkinçi bağrı qan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Get Qazaxdan keç, Tovuzdan keç, Özünü ver Gencəyə,
Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə,
Kəndliyə, rəncbərləre bax bir olan işkənceyə.
Bax nə cür bu zülmden qan ağlayırlar hor zaman,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Nəql edim bir-bir seno mən hər yerin əhvalını,
Kəndlinİn, rəncbər, əkinçİ, fəhlənin bil halını,
Bax, düşün, gör onların idbarmı, iqbalını,
Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!
Əlaman bu müstobidlərdən, ilahi, əlaman!

Xoylu xan[1] bir müddət etdi tək idarə milleti,
Kabinə təşkil eylədi, hər yerdo çıxdı şöhreti,
Çünki böhran oldu, dəyişdi vizarət heyəti,
Har tərəfden toplanıb məbus açıldı parlatnan,
Əlaman bu müstəbidlerdən, ilahi, əlaman!

Bəh, nə məbuslar kı, tann bədnəzərdən saxlasın,
Qıymasm canlanna, hər şur-şerdən saxlasın,
Qəlblərin sinsitməsin, qəmdan, kədordən saxlasin,
Çünki millət onlara mərhuni-minnətdir hər an,
Əlaman bu müstəbİdlərdən, ilahı, əlaman!

Var o cür məbus osla anlamaz besət nədir,
Parlaman nə, üzv nə, bu vəz, bu halət nedir,
Kimdi millet, kİmdİ dövlət, bu qedər bidət nədir,
Çünki onda ne fərasət var, nə təqriri-beyan,
Əlaman bu müstəbidlərden, ilahi, elaman!

Get soruş, öyrən, gör, aya, bunları kimlər seçib,
Onlarm kim qəddinə bu xələti ölçüb-biçib,
Hər biri yüz min finldaq işlədib, zorən keçib,
Ayda on min doniuq alsın, müftə olsun kamiran,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Boyle getse binəvalər büsbütün pamal olur,
Bu fəlakətdən, yaqin, axırda İzmehlal olur,
Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur,
Hər tərefden ərşə qalxıbdır bütün ahü feğan,
Əlaman bu müstəbidlərdən, İlahi, əlaman!

Vardı min dinsİz-İmansız, hər biri milyon yeyib,
Beş gün aqdəm lüt gezərkən indi xəz paltun geyib,
Doğrudur həqqən, keçonlər mətlebin lubbün deyİb,
İndi bülbüllər yerində qarğalar tutmuş məkan,
Əlaman bu müstəbıdlərdən, ilahi, əlaman!

Qan töküldü, can verildi, oldu hürriyyet pədid,
Köhnə İstibdad düşdü, parladı tərzi-cədid,
Şahidi-məqsud göstərdi üzün, verdi nəvid,
İxtiyar olmuş könüllər oidular yeksər cavan,
Əlaman bu müstəbidlerdən, ilahi, elaman!

Leyk, heyf olsun, üzü bir binəvanın gülmedi,
MİUəti-cahil bu feyzin qürb-qədrin bilmədi,
Fəhlənin bir kəs üzündən əşkİ-aluı silmədi,
Canəverlər əl-qol açdı, oldu zaiımlar əyan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

İndİ getsən hər mahala hər yetən dad eyləyir,
Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir,
Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir,
Qalmayıbdır rencbərlərdə dəxi tabü təvan,
Əlaman bu müstebidlərdən, ilahi, əlaman!

İndi lazımdır ki, millət huşunu cəm eyləsin,
Hər cür olsa haq damşsm, haq desin, haq söyləsin,
Yoxsa bizlərdə təpər yoxsa, buna kim neylesin?
Qalmaz axırda bu cür bivaye millətdən nişan,
Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Çünki bu millət susayıb bir-birinin qanma,
İndi fürsotdİr, düşüb qardaş qardaş canına,
Göziəri qızmış, qudurmuş, getmək olmaz yanına,
Ol səbəbdəndir olur gündən-günə işlər yaman,
Əlaman bu müstəbidlərden, ilahi, elaman!

Həmçinin bax

redaktə
  • "Gələcək" qəzeti, 31 yanvar 1919, N 1

Qeydlər

redaktə
  1. Müsavat hökumətinin baş naziri Fətəli xan Xoyskiyə işarədir.