Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab) Müəllif: Əliqulu Qəmküsar |
Satirik şeir Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Çox eybculuq etmə, məndən senə vəsiyyət,
Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Osınanlılardan etmə bir bu qədər şikayət,
Kilki-qəza yazıbdır bu metləbi ezəldə,
Bir eyib olar yəqinən dünyada hər gozəlde.
Allahını sevorsən, hər eybi eyb sanma,
Insaf, mürüvvət eylə, çox sözlərə inanma,
Şam, Hələb, yəmənli vəhşisə də utanma,
Kilki-qəza yazıbdır bu metləbi əzəldə,
Bir eyib olar mühəqqəq dünyada hər gözəldə.
Tunis, Səvadən, Cəzair əhlin birəlli tutma,
Hər bir yetənə yetmə, yetməyənə daş atma,
Xalqm yuma babalm, çox da sözü uzatma,
Kilki-qəza yazıbdır bu mətləbi əzəldə,
Bir eyib olar müsəlləm dünyada hər gözəldə.
Gerçi Mərakeş əhli bir yerdə girə keçdı,
Molla Əzizi qovdu Molla Həfıdi seçdi.
Getdi o da Parijde cami-məhəbbət içdi,
Kilki-qeza yazıbdır bu mətləbi ezəlde
Bir eyib olar hemişə vazehdı hər gözəldə.
Tehranda gözləyirlər gərçi cülusi-şahı,
Təbrizli qurmuş amma bir başqa dəstgahı,
Yoxdur bu yerda əsla heç bir kəsin günahı,
Kİlki-qəza yazıbdır bu mətləbi əzeldə,
Bir eyib olar yəqindir aləmdə her gözeldə.
Hərçendİ çoxdu bizdə boş-boş ədavət etmək,
Hər bir işin dalınca laənşüur getmek.
Her cür zülmə dözmək, hər bİr cəfayə bitmek,
Kİlkİ-qəza yazıbdır bu mətləbi əzəldə,
Bir eyib olar mühəqqəq dünyada hər gözəldə.
- “Molla Nəsrəddin", 28 iyun 1914, N 21