Əfəndiyə
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

Dəng eyləm ə məni artıq qalmamış
Ehtiyacım cənnətinə, əfəndi!
Hanı səndən huri satın alanlar?
Onlar gəlsin xidmətinə, əfəndi!

İnan ki, bir başqa “əmma”sı yoxdur,
Şerimin büsbütün vicdanı aydın!
Eşqimin bir başqa “ima”sı yoxdur,
Onun haqqa tapan imanı aydın!

Hər yolun bulundu şəkki yəqini,
Nisyanla qarışıq hər kəsin dini.
Fəqət tozlanmamış onun çibini,
Var isə şerimin nisyanı, aydın!

Baxsın bəsirətsiz gəlib keçənlər,
Doğrunun yerinə əyri seçənlər;
Bilsin bu haqq sözə kəfən biçənlər
Ki, mənim eşqimin Quranı aydın!