Əfrad
Əfrad Müəllif: Əbülhəsən Raci |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,
Hava çox istidü, yatma quru yer üstə oğul.
Cəfavü çəkdim oğul, qaməti rəsa oldum,
Qəddim büküldü, əliməəcəb əsa oldum.
Əcəb mənim qoca vaxtımda dadimə yetdin,
Ki, qürbət ölkədə yalqız qoyub məni getdin.
Cahanda heç ata görməyib belə oğul ölümü,
Gözümü saldın işıqdan, xəm eylədin belimi.
Oğul ata qocalan vaxtda əlini tutar,
Şərik olur qəminə, qəm günü olur qəmxar.