Əgər səndən aşağıda oturmuşsa Xaqani
Əgər səndən aşağıda oturmuşsa Xaqani Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Əgər səndən aşağıda oturmuşsa Xaqani,
Zənni etmə ki, sən sədrsən, o isə kəmqədrdir.
Cah-cəlallı bu məclis bir dairədə qurulmuş,
Dairənin hər yerində kim otursa, sədrdir.